Windows Subsystem for Linux

Windows Subsystem for Linux
Loqonun şəkli
Windowsda işləyən Bash
Windowsda işləyən Bash
Tərtibatçı Microsoft
Əməliyyat sistemi Windows 10, Windows 10 LTSB/LTSC, Windows 11,Windows Server 2016, Windows Server 2019Windows Server 2022
Yayımlanma tarixi 2 avqust 2016
Sonuncu versiya WSL 2 1.2.5 (20 aprel 2023)
Sayt learn.microsoft.com/en-u…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Windows Subsystem for Linux (WSL) — proqramçılara ayrıca virtual maşına və ya ikivariantlı önyükləməyə ehtiyac olmadan Linux mühitini idarə etməyə imkan verən Windows funksiyası. WSL 1 2 avqust 2016-cı ildə buraxıldı və Windows nüvəsində Linux sistem çağırışlarını həyata keçirməklə Linux ikili icra proqramlarını (ELF formatında) işə salmaq üçün uyumluluq təbəqəsi kimi çıxış etdi.[1] Windows 10, Windows 10 LTSB/LTSC, Windows 11,[2] Windows Server 2016, Windows Server 2019Windows Server 2022-də mövcuddur.

2019-cu ilin may ayında Hyper-V xüsusiyyətlərinin bir hissəsi vasitəsilə real Linux nüvəsi kimi mühüm dəyişiklikləri[3] təqdim edən WSL 2 elan edildi.[4] WSL 2-nin WSL 1-dən fərqi tam Linux nüvəsini istifadə edən idarə olunan virtual maşın daxilində işləməsidir. Nəticədə WSL 2 WSL 1-dən daha çox Linux ikili faylları ilə uyğunlaşır, çünki WSL 1-də bütün sistem çağırışları tətbiq olmayıb. 2019-cu ilin iyun ayından etibarən WSL 2 Windows 10 müştəriləri üçün Windows Insider proqramı, o cümlədən Home versiyası vasitəsilə əlçatandır.[5] WSL standart olaraq bütün Windows 10 istifadəçiləri üçün mövcud deyil. Onu ya Windows Insider proqramına qoşulmaqla, ya da manual olaraq quraşdırmaq olar.[6]

  1. Leeks, Stuart. Windows Subsystem for Linux 2 (WSL 2) Tips, Tricks, and Techniques: Maximise Productivity of Your Windows 10 Development Machine with Custom Workflows and Configurations. Birmingham: Packt Publishing. 2020. 18–19. ISBN 978-1-80056-352-0. OCLC 1202451000.
  2. June 2021, Darren Allan 23. "Windows 11 could seamlessly run graphical Linux apps". TechRadar (ingilis). 23 June 2021. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-29.
  3. mscraigloewen. "About WSL 2". docs.microsoft.com. 2019-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.
  4. Craig Loewen. "Announcing WSL 2". Windows Command Line Tools For Developers. 2019-05-06. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.
  5. "WSL 2 Post BUILD FAQ". Windows Command Line Tools For Developers. 2019-05-14. 2019-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.
  6. craigloewen-msft. "Install WSL on Windows 10". Microsoft (ingilis). 2022-02-24. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy